çərşənbə axşamı 24 iyun 2025 - 17:53
Texnologiya sahəsində fəaliyyət göstərən xanımlar, Təbyin Cihadı cəbhəsinin komandanlarıdır.

Hövzə / Camiətüz-Zəhra (s.ə) Universitetinin direktoru dedi: İlahiyyat üzrə qadın tələbələr Təbyin Cihadı cəbhəsinin komandanlarıdır və İslamın yeni sivilizasiyasının həyata keçirilməsi və müdriklik prosesində əvəzolunmaz rola malikdirlər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Camiətüz-Zəhra (s.ə) təhsil müəssisəsinin bir qrup texnologiya sahəsində fəaliyyət göstərən xanım üzvü, bu hövzəvə universitetinin direktoru Seyid Zəhra Borqei ilə görüş keçiriblər.

Seyid Zəhra Borqei bu görüşdə texnologiya ilə məşğul olan xanımların fəaliyyətlərindən məmnunluğunu bildirərək deyib: Həmişə arzum olub ki, Camiətüz-Zəhra (s.ə) universiteti ağıllılaşma (rəqəmsallaşma) və texnologiya sahəsində qabaqcıl və öncül mövqedə olsun. Bu gün isə sevinirəm ki, arzularımdan biri gerçəkləşməkdədir.

Camiətüz-Zəhra (s.ə) müəssisəsinin direktoru Təbyin Cihadının əhəmiyyətinə toxunaraq bildirib: Qadınlar bəzi sahələrdə, məsələn, döyüş cihadı kimi sahələrdə məsuliyyət daşımasalar da, onların elə istedad və bacarıqları var ki, bəzən bu imkanların dəyəri həmin sahələrdən belə üstündür.

Xanım Borqei əlavə edib: Təbyin Cihadı İslam maarifinin yeni vasitələrlə öyrənilməsi, tanıdılması, təbliği və çatdırılması deməkdir. Bu cəbhənin komandanları da sizsiniz, yəni texnologiya sahəsində fəaliyyət göstərən ilahiyyatçı qadın  tələbələr..

O, daha sonra bildirib: Siz İslam maarifi ilə silahlanmısınız, yeni təbliğ metodlarını bilirsiniz və dini təbliğ sahəsində fəaliyyət göstərənlərə yardım edə bilərsiniz ki, bu sahədə daha hazırlıqlı və səmərəli fəaliyyət göstərsinlər. Bu yolda atdığınız hər addım, İslamın yeni sivilizasiyasının reallaşmasına doğru bir addımdır.

Camiətüz-Zəhra (s.ə) universitetinin direktoru, İslam Respublikasının qlobal siyasətdəki mövqeyinə də toxunaraq deyib: Bu gün biz artıq bir böyük bir gücə çevrilmişik. Özünü böyük bir güc hesab edən Amerika isə məhz bu iman və elmi nüvələr qarşısında məğlub olacaq. İslam mədəniyyətinin bərpası və quruculuğu bir xərci tələb edir, lakin biz bu yolu iman, səylə və müqavimətlə qət edəcəyik.

Xanım Borqei, texnologiya sahəsində fəaliyyət göstərən xanımların minimal imkanlarla göstərdikləri səyləri yüksək qiymətləndirərək dedi: Mən bu müəssisədə Həzrət Zəhranın (s.ə) əlini görürəm. İlahi lütf sizin halınıza şamil olub və bu nemətin şükrü daha yaxşı iş və daha çox səylə mümkündür. Hər birimiz öz fəaliyyət sahəmizdə ən yaxşı olmalıyıq.

O, tam dəstəyini ifadə edərək əlavə etdi: Hamınızla fəxr edirəm və ümid edirəm ki, Allaha təvəkkül, Əhli-Beytə (ə) təvəssül və öz bacarığınıza inamla bu sahədə parlaq nəticələr əldə edəcəksiniz.

Görüşün əvvəlində, texnologiya sahəsində fəaliyyət göstərən xanımlar birliyinin nümayəndəsi xanım Çehreqani, görülmüş işlər barədə hesabat təqdim edib. Daha sonra texnologiya ilə məşğul olan hər bir xanım öz fəaliyyət sahəsinə dair ətraflı məlumat verib.

Texnologiya və İnformasiya İdarəsinin baş direktoru olan Höccətül-İslam vəl-müslimin Seyid Mehdi Suheyli,  yerli kadrların potensialına diqqət çəkib və texnologiyanın inkişafı yolunda daxili imkanlardan istifadənin vacibliyini vurğulayıb.

O, bu görüşdə Camiətüz-Zəhra (s.ə) universitetinin suallara cavab bölməsinin başçısı olan  xanım Haeri Şirazinin, xanım texnologiyaçılara verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Camiətüz-Zəhra (s.ə) universiteti rektorunun plan və proqramlar üzrə müşaviri olan xanım Nəcmə Nəcm,  bildirib: Bu texnoloji hərəkətin davamlılığı sayəsində yaxın gələcəkdə elmi sıçrayışların və yeni sahələrdə transformativ dəyişikliklərin şahidi olacağımıza ümid edirəm.
O, həmçinin qadın texnologiyaçılar təşkilatının yaradılmasının zəruriliyini vurğulayıb.

Camiətüz-Zəhra (s.ə) universitetinin İnkubasiya və Azad Tədris Mərkəzinin başçısı olaraq Xanım Fəhimə Nikzad,   texnologiya ilə məşğul olan xanımların fəaliyyətinə dair gələcəyə yönəlik bir baxış təqdim edib və deyib: Texnologiya sahəsində fəaliyyət göstərən xanımlar gələcək üçün parlaq bir üfüq təsvir ediblər. Bu birlik canlı şəkildə inkişaf etməli və kamilliyə çatmalıdır.

Görüş zamanı aşağıdakı təkliflər irəli sürülüb: İnkişaf mərkəzinin gücləndirilməsi,

Texnoloji nüvələrin yaradılması,

Müqavilə bağlama imkanları və potensiallarının öyrənilməsi,

Qadın texnologiyaçılar birliyinin daha da inkişaf etdirilməsi və kimlik qazandırılması məqsədilə strukturlaşdırılması.


Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha